Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır. Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə – doktor Xuvenal Urbinoya ərə gedir. Bu evlilikdə Ferminanın atasının da böyük rolu olur. O, kasıb teleqrafçının yox, tanınmış həkimin qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir.
Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.
Ağrı-acılar, təsadüfi eşqlərlə dolu zaman keçir və Florentina da varlı, cəmiyyətin hörmət etdiyi şəxs olur. Və düz 51 il 9 ay 4 gündən sonra sevgisinə – illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o, səbirlə doktorun ölümünü gözləyir.
“Cinayət və cəza, Fyodor Dostoyevski” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Gabriel Garcia Marquez – Vəba Günlərində Eşq
10 ₼
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Amerikan çirki, Cenni Kummins
17 ₼
Suç Ve Ceza, Fyodor Mihayloviç Dostoyevski
10 ₼
Beyaz Zambaklar Ülkesinde, Grigoriy Petrov
7 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼
Gülsərən Budayıcıoğlu – Medalyonun içi
15 ₼
Əqrəb, Ceyhun Hidayətli
9 ₼
Elxan Elatlı – Belçika ovçarkası
10 ₼
Burun, Nikolay Vasilyeviç Gogol
3 ₼
