Thomas Piketty özünün “Kapital XXI əsrdə” əsərində son onilliklər ərzində bütün diqqətləri üzərinə çəkmiş bir problemə – qeyri-bərabərlik probleminə yeni bir baxışdan baxmağı təklif etmişdir. Fransız iqtisadiyyatçısı əldə olunan böyük sayda məlumatı dərindən təhlil edərək belə bir qanunauyğunluq aşkar etmişdir: bərabər şəkildə gedən iqtisadi artım kapitalın və onun xüsusi insanların əlində toplanmasının rolunu azaltmaqla bilavasitə bərabərsizliyin azalmasına da gətirib çıxarır. Necə ki, artımın ləngiməsi kapitalın əhəmiyyətinin böyüməsinə və qeyri-bərabərliyin artmasına səbəb olur. Tarixi retroperspektivdə kapital təsirinin artımı yalnız XX əsrdə – iki dünya müharibəsi və Şanlı Otuz ilin (1945-1975) Keynesian siyasəti nəticəsində azaldılmışdır.
Bu gün isə dünya yenidən bərabərsizliyin durmadan artdığı həmin o dövrlərə qayıtmaq üzrədir ki, bu da həm sosial, həm də siyasi baxımdan çox ağır nəticələrə gətirib çıxara bilər. Piketty özünün çox vaxt müqayisə edildiyi Karl Marksdan fərqli olaraq, təkcə vəziyyətin kədərli təsvirini yaratmaqla, kapitalist sisteminə dair sonu fəlakətlə bitəcək dəhşətli bir ssenari qurmaqla kifayətlənmir, əksinə, məsələyə daha optimist yanaşmağa çalışır, vəziyyətdən çıxış yolunu axtarır, əlverişsiz tendensiyaların qarşısını ala biləcək bir sıra təkliflər irəli sürür.
Thomas Piketty bu kitabında gəlir və kapital paylaşımının XVIII əsrdən etibarən keçirdiyi bütün dəyişiklikləri əldə etdiyi dəqiq məlumatlarla işıqlanıdırmış, 20-dən çox ölkənin məlumat bazasından faydalanaraq bir növ kapitalın yol xəritəsini çizmişdir.
Thomas Piketty – Kapital XXI əsrdə
26 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Brian Tracy – Satış etmək sənəti
7 ₼
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
101 Listening Practice Samples, Araz Veyisli, Fuad Osmanov
11 ₼
Xəz paltolu Madonna, Səbahəddin Əli
7 ₼
Tony Robbins – İçindəki divi oyat
20 ₼
Valeri Sinelnikov – Zənginliyə gedən yol
9 ₼
Qanunvericilik toplusu
Dövlət orqanları üzrə dərsliklər, Dövlət qulluğu, BM nəşriyyat(Öz nəşrlərimiz), Kitab sifariş et, Müəllif kitabları
Fuad Cavadzadə – İstehsalat Mühəndisləri Üçün Sorğu Kitabı
Digər vəsaitlər, Hüquq və qanunvericilik, İqtisadiyyat və biznes, Təhsil pillələri üzrə dərsliklər, Universitet, Kitab sifariş et, Müəllif kitabları
15 ₼