Thomas Piketty özünün “Kapital XXI əsrdə” əsərində son onilliklər ərzində bütün diqqətləri üzərinə çəkmiş bir problemə – qeyri-bərabərlik probleminə yeni bir baxışdan baxmağı təklif etmişdir. Fransız iqtisadiyyatçısı əldə olunan böyük sayda məlumatı dərindən təhlil edərək belə bir qanunauyğunluq aşkar etmişdir: bərabər şəkildə gedən iqtisadi artım kapitalın və onun xüsusi insanların əlində toplanmasının rolunu azaltmaqla bilavasitə bərabərsizliyin azalmasına da gətirib çıxarır. Necə ki, artımın ləngiməsi kapitalın əhəmiyyətinin böyüməsinə və qeyri-bərabərliyin artmasına səbəb olur. Tarixi retroperspektivdə kapital təsirinin artımı yalnız XX əsrdə – iki dünya müharibəsi və Şanlı Otuz ilin (1945-1975) Keynesian siyasəti nəticəsində azaldılmışdır.
Bu gün isə dünya yenidən bərabərsizliyin durmadan artdığı həmin o dövrlərə qayıtmaq üzrədir ki, bu da həm sosial, həm də siyasi baxımdan çox ağır nəticələrə gətirib çıxara bilər. Piketty özünün çox vaxt müqayisə edildiyi Karl Marksdan fərqli olaraq, təkcə vəziyyətin kədərli təsvirini yaratmaqla, kapitalist sisteminə dair sonu fəlakətlə bitəcək dəhşətli bir ssenari qurmaqla kifayətlənmir, əksinə, məsələyə daha optimist yanaşmağa çalışır, vəziyyətdən çıxış yolunu axtarır, əlverişsiz tendensiyaların qarşısını ala biləcək bir sıra təkliflər irəli sürür.
Thomas Piketty bu kitabında gəlir və kapital paylaşımının XVIII əsrdən etibarən keçirdiyi bütün dəyişiklikləri əldə etdiyi dəqiq məlumatlarla işıqlanıdırmış, 20-dən çox ölkənin məlumat bazasından faydalanaraq bir növ kapitalın yol xəritəsini çizmişdir.
“Valeri Sinelnikov – Zənginliyə gedən yol” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Thomas Piketty – Kapital XXI əsrdə
26 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Robert T. Kiyosaki – Pul axını kvadranti
10 ₼
Brian Tracy – Bəhanələrə yox
Digər vəsaitlər, İqtisadiyyat və biznes, Şəxsi inkişaf və psixologiya, Kitab sifariş et, Müəllif kitabları
11 ₼
Robert Greene, Joost Elffers – İktidar-Güç Sahibi Olmanın 48 Yasası
9 ₼
Bir İdam Mahkumunun Son Günü. Hasan Ali Yücel Klasikleri, Victor Hugo
3 ₼
R.R.Abutalıbov, S.M.Məmmədov, S.M.Quliyev – İdarəetmənin Əsasları
10 ₼
101 Listening Practice Samples, Araz Veyisli, Fuad Osmanov
11 ₼
Philip Kotler – A-dan Z-yə marketinq
10 ₼